"İran digər ölkələrlə dialoq və konstruktiv münasibətlər qurmağı dəstəkləyir, lakin onların öz iradələrini qəbul etdirmək cəhdlərinə dözməyəcək".
Planetinfo.az xəbər verir ki, bu sözləri ölkə prezidenti Məsud Pezeşkian deyib.
"İran müharibə və ya qeyri-sabitlik axtarmır və həmişə müxtəlif ölkələrlə dialoq qurmağın tərəfdarı olub, lakin öz iradəsini qəbul etdirmək və ya onu təslim olmağa məcbur etmək cəhdi uğursuzluğa məhkumdur. İran xalqı heç vaxt belə bir yanaşmanı qəbul etməyəcək".