Yaxın Şərqdə baş verən münaqişə fonunda Dubay və Fars körfəzi ölkələrindən olan varlı şəxslərin, eləcə də ekspatların İsveçrənin almandilli Zuq kantonuna köçü artır.
Planetinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Nəşrin aktivlərin idarə edilməsi sahəsində çalışan mütəxəssislərə və bankirlərə istinadən yazdığına görə, Dubaydan olan müştərilər “stabil Avropa bazası” axtarışındadır. Bildirilir ki, onların əksəriyyəti xammal ticarəti və maliyyə sektorunda fəaliyyət göstərir.
Zuq kantonunun maliyyə direktoru Haynts Tennler qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi başladıqdan sonra bölgəyə maraq xeyli artıb. Onun sözlərinə görə, yeni gələnlər arasında varlı şəxslər, ailə ofisləri və şirkətlər üstünlük təşkil edir.
Nəşr yazır ki, Zuqun cəlbediciliyi əsasən kantonda tətbiq olunan güzəştli vergi rejimi ilə bağlıdır. Xüsusilə varlı xarici vətəndaşlar üçün yaradılan bu şərait regiona marağı artırır.
Bununla yanaşı, Zuqda daşınmaz əmlak təklifinin məhdud olması səbəbindən Dubaydan gələn ekspatların Luqano şəhərunə yönəldiyi qeyd olunur.