Dünya 18-04-2026, 11:00

ABŞ Rusiya nefti ilə bağlı QƏRAR VERDİ – Daha bir ay... - FOTO



ABŞ Rusiyaya qarşı neft sanksiyaları üzrə istisnanın müddətini daha bir ay uzadıb.

Planetinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi qərar verib.

Məlumata görə, söhbət xarici ölkələrin artıq tankerlərə yüklənmiş və dənizdə olan Rusiya neftini almağa icazə verən qərardan gedir.

Qeyd edək ki, əvvəlki icazənin müddəti aprelin 11-də başa çatmışdı, yeni qərarla bu müddət mayın 16-dək uzadılıb.

Qərarın enerji bazarlarında sabitliyin qorunması və artıq yüklənmiş həcmlərlə bağlı hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi daşıdığı bildirilir.

Xəbər lenti