Gündəm / Siyasət / Dünya
30-04-2026, 21:00
Qazaxıstan "Bayraktar"larla bağlı bu bəlumatı MƏXFİ SAXLAYIR
Qazaxıstan Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə bağlı hələlik qərar verməyib.
Bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Sputnik Bliceye Zarubejye" "Telegram" kanalının məlumatına görə, nazirlik PUA-ların istehsalının gələcəyi ilə bağlı məsələnin hələ işlənmə mərhələsində olduğunu bildirib.
"Daha ətraflı məlumat xidməti xarakter daşıyır və yayılmasına icazə verilmir", — deyə Müdafiə Nazirliyindən vurğulanıb.