Gündəm / Siyasət Bugün, 11:00

Dövlət və hökumət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər



Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.

Bununla əlaqədar dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Onların arasında Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının (PA) rəhbəri Samir Nuriyev və Azərbaycan Prezidentinin köməkçisi - PA-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də olub.

Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Xəbər lenti