Gündəm / Dünya 14-05-2026, 22:30

İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu



Amerikalı sahibkar İlon Mask Pekində ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpinin iştirakı ilə keçirilən dövlət ziyafətində rəsmi fotosessiya zamanı müxtəlif mimikalar göstərib.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Ağ Ev rəhbəri ilə birlikdə Çin paytaxtına onlarla amerikalı top-menecerdən ibarət nümayəndə heyəti gəlib. İştirakçılar ziyafətin bir hissəsi olan rəsmi nahara dəvət ediliblər.

Ziyafətdən yayılan görüntülərdə Tesla və SpaceX rəhbərinin qəribə üz hərəkətləri etdiyi və baş barmağı ilə müsbət işarəsi göstərdiyi müşahidə olunur.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio amerikalı milyarder İlon Maskı jurnalistlərin yanından uzaqlaşdırıb. Həmin vaxt sahibkar mətbuat nümayəndələrinə ABŞ prezidenti ilə Çin sədri arasındakı danışıqlar barədə məlumat verməyə başlayıbmış. Daha əvvəl isə politoloq Trampın Mask və Kuku özü ilə Çinə aparmasının səbəblərini açıqlamışdı.

Xəbər lenti