Gündəm / Dünya 27-05-2026, 19:30

Dünya bu xəbərdən danışır, qubernator hər şeyi açıqladı: ABŞ gələn həftə...



Puerto Riko qubernatoru Cennifer Qonsales yerli mediaya verdiyi açıqlamada ABŞ ordusunun Kubaya qarşı hücum planı olduğunu iddia etdi.
Qonsales, 3 yanvar tarixində Venesuelaya edilən hərbi müdaxilədə Puerto Riko ərazisindən istifadə edildiyini bildirib və iddia edib ki, Kubaya qarşı gələn həftə hücum planlaşdırılır.

Qonsales ABŞ-ın Çin, Rusiya və İrana qarşı yeni soyuq müharibə apardığını bildirib və əlavə edib: "Cəmi bir neçə ay əvvəl Venesuela ilə müharibə vəziyyətində idik, gələn həftə isə Kuba ilə müharibə edəcəyik".

Kubanın xarici işlər naziri Bruno Rodriges Parilla ABŞ-ın öz hərəkətləri ilə beynəlxalq sülhü və təhlükəsizliyi pozduğunu və Kubaya qarşı mümkün hərbi hücum əmrini verənlərin tarixə "müharibə cinayətkarları" kimi düşəcəyini bildirib.

Xəbər lenti