Gündəm / İdman Bugün, 19:36

“Barselona” 19 yaşlı ulduzu hədəfə aldı: 100 milyon tələb edirlər



“Barselona” “Atletiko” klubunun hücumçusu Yulian Alvaresin transferindən imtina edərək “Bornmut”im 19 yaşlı forvardı Eli Kroupiyə üstünlük verə bilər.

“Sport.es”-in məlumatına görə, Kataloniya təmsilçisinin idman departamenti gənc futbolçunun oyunundan təsirlənib.

Lakin bir məqam var. “Bornmut” maraqlanan bütün tərəflərə xəbərdarlıq edib ki, 100 milyon avrodan aşağı təkliflərə baxılmayacaq.

Futbolçuya digər aparıcı klublar da maraq göstərir. O PSJ və “Arsenal” klubları tərəfindən də izlənilir.

Kroupi ötən mövsüm “Bornmut”un heyətində 35 oyuna çıxaraq 13 qol vurub. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 70 milyon avro təşkil edir. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Xəbər lenti