Gündəm Bugün, 22:10

Zaqatalada ağır qəza: Bir nəfər öldü



Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun Çobankol kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan 50 yaşlı Zaqatala sakini Əli Osmanov ağır xəsarət alıb və xəstəxanaya çatdırılsa da, orada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti