Gündəm Dün, 22:40

Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq



Milli Hidrometeorologiya Xidməti Abşeron çimərliklərində iyunun 19-na gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Məlumata görə, gün ərzində cənub-şərq küləyi əsəcək və çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba ərazilərində 21-22 dərəcə isti olacaq.

Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda dəniz suyunun temperaturunun 23-24 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır.

Sinoptiklərin məlumatına görə, cənub çimərliklərində suyun temperaturu şimal sahillərinə nisbətən daha yüksək olacaq.

Xəbər lenti