Gündəm Dün, 22:15

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı



"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrılıb.

Söhbət Fabiyan Buntiçdən gedir. Təcrübəli qolkiper artıq komanda ilə sağollaşıb.

Onun yeni klubu da bəllidir. Buntiç karyerasını Portuqaliyada davam etdirəcək. O bu ölkənin I Liqa təmsilçisi "Farense" ilə anlaşıb.

Ağdam təmsilçisi Buntiçin ayrılığını yaxın vaxtda açıqlayacaq.

Xəbər lenti