Gündəm Dün, 16:00

Göldən meyit tapıldı



Şabran rayonunda göldən meyit tapılıb.

İyunun 25-i saat 15 radələrində rayonun Hacıqaraqaşlı kəndinin ərazisindəki göldə kişi meyiti tapılıb.

Ölən şəxsin Çölquşçu kənd sakini 1974-cü il təvəllüdlü Kamil Mirzəyev olması müəyyən edilib.

Hadisədən əvvəl onun ailəsi polisə müraciət edərək K.Mirzəyevin itkin düşməsi barədə məlumat verib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti