Gündəm 1-07-2026, 21:50

Samuxda “MAZ” çaya aşdı - Ölən və xəsarət alanlar var



Samuxda ölümlə nəticələnən hadisə baş verib.

Hadisə Mingəçevir Su Anbarının Samux rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "MAZ" markalı yük avtomobilin aşması nəticəsində 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxa bilib.

Ölən şəxsin Dövlət Sərhəd Xidmətinin əsgəri olduğu ehtimal edilir. Onun axtarışları davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Xəbər lenti