Avropa Komissiyası Rusiyanın Mərkəzi Bankının dondurulmuş aktivlərinin yenidən investisiya edilməsindən əldə olunan gəlirlər hesabına Ukraynaya növbəti maliyyə tranşını ayırıb.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.
Bildirilib ki, söhbət 2026-cı ilin ilk altı ayında əldə olunan 1,4 milyard avrodan gedir. Ayrılan vəsait Ukraynaya köçürüləcək və ölkənin hərbi xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya edilən beşinci ödənişdir. Bu mexanizm çərçivəsində Kiyevə indiyədək ümumilikdə 8 milyard avro vəsait ayrılıb.