Yaponiyanın Rusiyadakı səfiri Akira Muto avqustun 18-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazir müavini Mixail Qaluzin Yaponiya baş naziri S. Takaiti və xarici işlər naziri T. Moteginin Rusiya prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı “Rusiyaya qarşı” açıqlamalarına görə yapon diplomata etirazını bildirib.
Moskva Cənubi Kuril adaları üzərində suverenliyinin dəyişməz olduğunu vurğulayıb və Tokionun bu məsələdə Rusiyanın mövqeyini şübhə altına almasını qəbuledilməz adlandırıb.
Rusiya XİN-dən bildirilib ki, Yaponiyanın Rusiyaya qarşı sanksiya siyasətini davam etdirməsi və Ukraynaya dəstəyi fonunda Moskva “adekvat əks tədbirlər” görmək hüququnu özündə saxlayır.