Gündəm Bugün, 20:45

"Google" və "Telegram"a 3,8 milyonluq cərimə - SƏBƏBİ



Moskvanın Taqanski Rayon Məhkəməsi Rusiyada "Google" və "Telegram" şirkətlərinin hər birini 3,8 milyon rubl cərimələyib.

Şirkətlər Rusiya qanunvericiliyinə əsasən qadağan olunmuş məlumatların internetdən silinməməsinə görə inzibati məsuliyyətə cəlb ediliblər.

Bildirilib ki, "Google" daha əvvəl də Rusiyada oxşar pozuntulara görə dəfələrlə cərimələnib. Şirkətin Rusiyadakı ümumi borcunun 20 milyard rubldan çox olduğu qeyd olunub.

"Telegram"ın fəaliyyətinə Rusiyada 2025-ci ilin avqustundan etibarən məhdudiyyətlər tətbiq edilir. Rusiya tərəfi messencerin qanunvericiliyin tələblərini yerinə yetirmədiyini bildirir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, "Telegram" bu ilin ilk 6 ayında Moskvadakı məhkəmələr tərəfindən ümumilikdə 100 milyon rubldan çox cərimələnib.

Xəbər lenti