Gündəm Bugün, 20:25

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi




Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlərlə yanaşı, Azərbaycan paytaxtının bir sıra mədəni və tarixi məkanlarını da ziyarət edib.

Yuşenko 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş ukraynalı təyyarəçi, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsini anıb.

Ukraynanın sabiq prezidenti Şəhidlər xiyabanını da ziyarət edib.

Bundan başqa, Yuşenko "Suraxanı" gəmi-muzeyində olub və orada Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü çərçivəsində yaradılmış Ukrayna audio və video irsi ilə tanış olub.

Yuşenko həmçinin Bakıdakı Ukrayna Mərkəzində "Müharibə obyektivin gözü ilə" adlı foto-sərginin açılışında iştirak edib. Ekspozisiya Azərbaycan Fotoqrafları Birliyi ilə birlikdə hazırlanıb.

Diplomat xatırladıb ki, 2022-ci ildə Ukraynada səfərdə olan azərbaycanlı fotoqraflar Famil Mahmudbəyli və Əziz Kərimov Rusiya zərbələrinin nəticələrini və ukraynalıların müharibə dövründəki həyatını lentə alıblar.

Qusev həmçinin xatırladıb ki, səfər çərçivəsində Viktor Yuşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü baş tutub.

"Tərəflər regionda və dünyada mövcud vəziyyəti, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi yollarını, həmçinin ticari-iqtisadi və humanitar təşəbbüsləri müzakirə ediblər", - səfir yazıb və Yuşenkonun Bakı səfərinin artıq başa çatdığını əlavə edib.

Bununla yanaşı, Qusev vurğulayıb ki, Ukrayna Azərbaycan rəhbərliyi və xalqnın dəstəyini yüksək qiymətləndirir və iki dövlət arasında dostluq və tərəfdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsində maraqlıdır.

Xəbər lenti