Gündəm / Dünya Bugün, 20:00

Məhkəmə Trampın bu qərarını blokladı



ABŞ-ın Merilend ştatında federal hakim Donald Tramp administrasiyasının Federal Təhqiqatlar Bürosunun (FTB) baş qərargahını Vaşinqtondakı Ronald Reyqan binasına köçürmək qərarını bloklayıb.

Hakim Teodor Çuanq həmçinin binanın FTB üçün yenidən qurulmasını və bu məqsədlə əvvəllər ayrılmış vəsaitlərin yönləndirilməsini qadağan edib.

Qərara əsasən, Tramp administrasiyası Konqres tərəfindən təsdiqlənmiş maliyyəni və FTB qərargahının əvvəlcədən müəyyənləşdirilmiş yerini özbaşına dəyişmək səlahiyyətinə malik olmayıb.

Qeyd edək ki, Co Bayden administrasiyası 2023-cü ildə yeni FTB kompleksinin Merilend ştatının Qrinbelt şəhərində tikilməsinə qərar vermişdi. Trampın Ağ Evə qayıdışından sonra bu qərar ləğv edilərək qərargahın Vaşinqtona köçürülməsi planlaşdırılmışdı.

FTB isə məhkəmənin qərarını tənqid edərək, Vaşinqtona köçürülmənin vergi ödəyicilərinin xərclərini azalda biləcəyini bildirib.

Xəbər lenti