ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Endi Börnemin özünü “Ağ Ev Administrasiyasının rəhbəri Syuzi Uayls” kimi təqdim edən dələduzla yazışmasına münasibət bildirib.
Tramp hadisə ilə bağlı narahat olmadığını bildirib.
Jurnalistlərin Börnemin qərarından və ya ABŞ-Böyük Britaniya arasında kommunikasiyanın vəziyyətindən narahat olub-olmadığı barədə sualına Tramp belə cavab verib: “Xeyr, əminəm ki, bu, sadəcə anlaşılmazlıq olub”.
Məlumata görə, Börnem özünü Ağ Ev Aparatının rəhbəri Syuzi Uayls kimi təqdim edən şəxslə cəmi bir neçə mesaj mübadiləsi aparıb. Yazışmaların əhəmiyyət daşımadığı bildirilib.
Tramp Börnemlə bu məsələ barədə danışdığını da açıqlayıb və söhbətin yaxşı keçdiyini vurğulayıb.
Qeyd edək ki, Börnem bir müddət əvvəl Uayls olduğunu iddia edən şəxslə əlaqə saxlayıb. Daha sonra Britaniya tərəfi həmin kontaktın saxta ola biləcəyindən şübhələnib və məsələ Ağ Evə çatdırılıb.
Ağ Ev isə hadisənin Uaylsın telefonunun sındırılması ilə əlaqəli olmadığını bildirib.