Gündəm / Dünya Bugün, 14:10

Avropa bürokratları tez-tez Aİ-nin genişlənmə siyasətindən manipulyasiya vasitəsi kimi istifadə edirlər, lakin bu olmamalıdır


Planetinfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə xorvatiyalı həmkarı Zoran Milanoviçlə keçirdiyi mətbuat konfransında deyib.

Gürcüstan dövlət başçısı qeyd edib ki, hazırda Gürcüstan-Aİ münasibətləri bir sıra çətinliklərlə üzləşir. O bildirib ki, konstruktiv və aktiv dialoq bu fikir ayrılıqlarının aradan qaldırılmasına imkan verəcək.

Xatırladaq ki, 2024-cü ilin may ayında Gürcüstan parlamenti Xarici Təsirlərin Şəffaflığı haqqında Qanunu qəbul edib və ölkənin Aİ və ABŞ ilə münasibətləri pisləşməyə başlayıb.

Aİ dəfələrlə Gürcüstan hakimiyyətini qanundan imtina etməyə çağırsa da, Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının liderləri qanunun məqsədinin Gürcüstanda fəaliyyət göstərən QHT-lərin maliyyə axınlarının şəffaflığını təmin etmək olduğunu israrla bildiriblər.

Xəbər lenti