Pakistan İran və ABŞ arasında birbaşa danışıqları dəstəkləyir.
Planetinfo.az xəbər verir ki, bu fikirləri Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi brifinqdə deyib.
Diplomat bildirib ki, Pakistan İranla bağlı istənilən formatda dialoq və diplomatiya ilə məşğul olmağa hazır olsa da, müvafiq tərəfləri danışıqların ən birbaşa formatını davam etdirməyə çağırır.
İslamabad İran-ABŞ münaqişəsinin həlli üçün bütün dialoq və diplomatiya təşəbbüslərini dəstəkləyir.
Andrabi qeyd edib ki, Pakistan fevralın 6-da Omanın Məsqət şəhərində keçirilən İran və ABŞ arasında dolayı danışıqlarda iştirak edənlərin müsbət əhval-ruhiyyəsinin danışıqlar prosesinin gələcəyi üçün qorunub saxlanılacağına ümid edir.