"Belarusdan Polşaya hava şarlarının gəlməsi qaçaqmalçılıq fəaliyyəti ilə əlaqələndirilir və Belarus hökumətinin Polşanın müdafiə qabiliyyətini sınamaq cəhdi deyil".
Planetinfo.az xəbər verir ki, bu sözləri Polşanın daxili işlər naziri Marçin Kervinski deyib.
“Bu, bizim müdafiə sistemlərimizin sınağı deyil. Heç bir ölkənin müdafiə sistemlərini küləkdən asılı olaraq gözlənilməz istiqamətdə uçan şarlarla sınaqdan keçirə bilməzsiniz”, - deyə nazir bildirib.
Polşa Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, 2026-cı ilin əvvəlindən bəri polis Belarusdan Polşaya siqaret qaçaqmalçılığının təşkili ilə əlaqəli 16 nəfəri saxlayıb.