Gündəm / İdman 21-03-2026, 16:14

3 ingilis klubu "Qalatasaray"ın qapıçısına "elçi düşdü"




Türkiyə millisinin və "Qalatasaray"ın qapıçısı Uğurcan Çakır karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Planetinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.

Nəşrin iddiasına görə, "Tottenhem", "Nyukasl Yunayted" və "Aston Villa" klubları türkiyəli qolkiperə yaxından maraq göstərirlər.

Xəbərdə bildirilir ki, İngiltərənin adlı-sanlı klubları istedadlı qapıçının keçidinə 30 milyon avro ödəməyə hazırdırlar.

Qeyd edək ki, Çakır "Qalatasaray"a mövsümün əvvəlində "Trabzonspor"dan transfer olunub.

Xəbər lenti