Gündəm / Siyasət / Dünya 5-04-2026, 18:11

Zelenski də Suriyaya getdi



Ukrayna Prezidenti Volodimir Zelenski Suriyanın paytaxtı Dəməşqə səfər edib.

Planetinfo.az xəbər verir ki, bu barədə "Clash Report" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.

Paylaşımda qeyd olunur ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da ərəb ölkəsinə gəlib. Nəşrin məlumatına görə, onlar bu gün Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əl-Şaraa ilə birgə görüş keçirməyi planlaşdırırlar.

Xəbər lenti