Gündəm / Siyasət / Dünya Bugün, 18:30

ABŞ və İran qoşunları arasında toqquşmanın VİDEOSU YAYILDI



Sosial şəbəkədə İran və ABŞ hərbçiləri arasındakı döyüş toqquşmasını əks etdirən video yayılıb.

Planetinfo.az xəbər verir ki, bu barədə "SHOT" Telegram kanalı məlumat yayıb.

Söhbət aprelin 3-də vurulmuş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15" qırıcısının ikinci heyət üzvünü xilas etməyə çalışan amerikalı hərbçilərin İslam Respublikası ərazisində olduğu andan gedir.

Bundan əvvəl bildirilmişdi ki, Birləşmiş Ştatların xüsusi təyinatlıları cari həftədə İran ərazisi üzərində vurulmuş "F-15" qırıcısının ikinci heyət üzvünü tapıblar. Məhv edilmiş "F-15"-in heyət üzvü cəbhə xəttinin arxasında, İran dağlarında olub.

"The Telegraph" nəşrinin məlumatına görə, İran ərazisi üzərində vurulan "F-15"-in hər iki heyət üzvü katapult edə bilmişdi. Onlardan biri kifayət qədər tez tapılsa da, ikincisinin axtarışına daha çox vaxt tələb olunub. Bu zaman ABŞ Silahlı Qüvvələri ilə İslam Respublikasının təhlükəsizlik orqanları arasında ikinci pilotu tapmaq üçün faktiki olaraq yarış başlamış, Tehran hətta bunun üçün 60 min dollar mükafat elan etmişdi.

Xəbər lenti