Gündəm / Dünya 7-04-2026, 20:00

Dağıstan ekoloji təhdidlə üz-üzə - Növbəti dalğa gə lir



Dağıstan növbəti əlverişsiz hava dalğasına və onun fəsadlarına hazırlaşır.

Planetinfo.az xəbər verir ki, bu barədə region rəhbəri Sergey Məlikov Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən müşavirədə məlumat verib.

O izah edib ki, regionda vəziyyət mürəkkəb olaraq qalır, yaxın günlər üçün nəzərdə tutulan qeyri-sabit hava proqnozu isə hakimiyyəti ən müxtəlif ssenarilərə hazır olmağa vadar edir.

"Əlverişsiz hava şəraiti nəticəsində yarana biləcək vəziyyətə, o cümlədən vətəndaşlara lazımi dəstək tədbirlərinin göstərilməsinə hazırlaşırıq. Bunu ilk iki hadisə zamanı olduğu kimi operativ şəkildə həyata keçirməyi planlaşdırırıq", — deyə o bildirib.

Xəbər lenti