Gündəm / Dünya Bugün, 15:11

Terrorçular əcnəbiləri qaçırdılar




Malinin qərbində xarici dövlətin dörd vətəndaşı qaçırılıb.

Planetinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, əcnəbilər özünü "Əl-Qaidə" terror təşkilatının bir hissəsi kimi qəbul edən "Cəmaət Nusrat əl-İslam vəl-Müsləmin" radikal qruplaşmasının fəaliyyət göstərdiyi Narena şəhərində əsir götürülüb.

Hökumət orqanlarının baş verənlərlə bağlı rəsmi məlumatı yoxdur. Afrikada təhlükəsizlik vəziyyəti haqqında məlumat üzrə ixtisaslaşmış portallar bildirirlər ki, söhbət Asiya ölkələrinin birinin vətəndaşlarından gedə bilər.

Xəbər lenti