Macarıstanda parlament seçkiləri üzrə səsvermə üçün seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Planetinfo.az xəbər verir ki, bu barədə Macarıstanın Milli Seçki Bürosu (MSB) məlumat yayıb.
Yerli vaxtla saat 18:30-a olan məlumata əsasən, seçici fəallığı 77,8% təşkil edib. Bu da ölkə tarixində ən yüksək göstərici olub.
İlkin nəticələrin yerli vaxtla saat 20:00-dan sonra açıqlanması gözlənilir.