Gündəm / Siyasət / Dünya Dün, 23:11

ABŞ hökuməti bundan əl çəkərsə... - Pezeşkian İranın şərtlərini açıqladı



İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının ABŞ ilə razılaşma üçün şərtlərini açıqlayıb.

Planetinfo.az xəbər verir ki, o bu barədə "X"də yazıb.

"ABŞ hökuməti öz totalitar ambisiyalarından əl çəkərsə və İran xalqının hüquqlarına hörmət etməyə başlayarsa, o zaman yəqin ki, razılaşmaya nail olmağın yolları tapılacaq", - Pezeşkian bildirib.

İran Prezidenti danışıqlar aparan nümayəndə heyətinin üzvlərinə, xüsusilə parlament sədri Məhəmmədbaqer Qalibafa təşəkkür edib.

Xəbər lenti