Gündəm / Siyasət / Dünya 15-04-2026, 20:20

Ermənistan hava məkanını bağlayır - Bu tarixdə



May ayının 3-dən 5-dək Ermənistanın hava məkanında ümumi aviasiyanın bütün növlərinin, o cümlədən mülki pilotsuz uçuş aparatlarının uçuşları qadağan olacaq.

Planetinfo.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib:

“3-5 may 2026-cı il tarixlərində Ermənistanda keçirilməsi planlaşdırılan genişmiqyaslı tədbirləri (8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısı, Ermənistan-Aİ Sammiti və Yerevan Dialoqu) və bu tədbirlərdə iştirak edəcək çoxlu sayda xarici nümayəndə heyətini nəzərə alaraq, təhlükəsizlik baxımından hava məkanında ümumi aviasiyanın bütün növlərinin, o cümlədən mülki pilotsuz uçuş aparatlarının uçuşları qadağandır”.

Xəbər lenti