Gündəm / Siyasət / Dünya Bugün, 15:00

Erməni jurnalist: "Qorxuram ki, sabah başımıza yeni fəlakət gətirələr"



Ermənistanda siyasi gərginlik artmaqdadır.

Planetinfo.az xəbər verir ki, daxili siyasətlə yanaşı ölkə rəhbərlərinin yürütdüyü xarici siyasət də erməni cəmiyyətini qane etmir. Belə ki, parlament seçkiləri öncəsi erməni cəmiyyətində gərginlik daha da artıb. Müxalifət ilə yanaşı, bəzi ziyalılar, siyasətçilərlə yanaşı media nümayəndələri də ölkənin uçuruma doğru sürüklənməsindən gileylənirlər.

Məsələn, ermənilərin tanınmış jurnalistlərindən olan Sevak Hakobyan "Yerevan Today"də yayımlanan verilişdə baş naziri sərt şəkildə tənqid edərək deyib: "Nikolun hakimiyyəti təkcə təhlükəsizlik, siyasi və geosiyasi məsələ ilə bağlı deyil, həm də hər kəs üçün şəxsi, ailə məsələlərində də problemə çevrilib. Bu hakimiyyət 2018-ci ildən bəri Ermənistan-Rusiya münasibətlərini sınağa çəkir. 7 iyunda baş tutacaq seçkilərdən sonra hər şey məlum olacaq. Qorxuram ki, sabah başımıza yeni bir fəlakət gətirələr. Sonra isə xalqa belə deyəcəklər: başqa çıxış yolu yoxdur, ümid Türkiyə və Azərbaycanadır, aclıqdan, səfalətdən qaçmaq üçün onlara güzəştə getməliyik. Nikolun hökuməti təkcə təhlükəsizlik, siyasi və geosiyasi məsələ deyil, həm də hər kəs, hər bir ev üçün problemə çevrilir."

Hakobyan videonun sonunda deyib: "Hakimiyyət dəyişikliyi hava və su qədər vacibdir!"

Xəbər lenti