Siyasət 3-12-2025, 11:14

Minsk qrupunun ləğvi Azərbaycanın xarici siyasətinin növbəti uğurudur




“ATƏT-in Minsk qrupunun ləğv edilməsinə dair rəsmi qərarı Azərbaycanın xarici siyasətinin növbəti uğuru olaraq qiymətləndirmək lazımdır”.

Bunu Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, ATƏT Nazirlər Şurasının qərarı ilə Minsk qrupu və prosesə bağlı strukturların fəaliyyətlərinin dayandırılması ilə bağlı qərar qəbul edildi və həmin qərar, 8 avqust 2025 ildə İlham Əliyev və Nikol Paşinyan arasında, Vaşinqton görüşü zamanı verilən birgə müraciətə əsaslanırdı:

“Bu qərarla ATƏT çərçivəsində qəbul edilmiş bütün qərarların tətbiqi bağlandı və heç bir hüquqi əsası qalmadı. Bununla da uzun müddətli, lakin heç bir nəticəyə varmadan vasitəçilik formatı rəsmi olaraq tarixə qovuşdu”.

Ekspert deyib ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun ləğv edilməsi haqda əsaslı arqumentlər qoyaraq tələbələr irəli sürüb və məhz Minsk qrupunun siyasiləşmiş fəaliyyəti nəticəsində, Qarabağın danışıqlar yolu ilə həlli mümkün olmadı:

“Qarabağ problemi “donmuş konflikt” mexanizminə çevrildi və hec bir nəticə vermədi. Bu səbəbdən Azərbaycan prezidenti İlham Əliyev 2024-cü ildə Minsk qrupunun ləğv edilməsini, qarşılıqlı sülh razılaşmasının şərti kimi qoydu və Vaşinqton görüşündə birgə bəyannamədən sonra, Ermənistanla razılaşdırılmış addım olaraq, rəsmi müraciət edildi və bu müraciət əsasında Azərbaycanın bu istiqamətdə tələbləri yerinə yetirildi”.


Anar

Xəbər lenti