Siyasət 4-12-2025, 10:02

Gürcüstan Aİ-dən etirazlarla bağlı yanlış bəyanatına görə üzr tələb edir

Gürcüstan Aİ rəsmilərindən Tbilisidəki etiraz aksiyalarının dağıdılması zamanı “kamit”dən istifadə edilməsi ilə bağlı səsləndirilən iddialara görə üzr gözləyir.

Planetinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının bəzi nümayəndələri, Avropa Parlamenti üzvləri və bir sıra QHT-lər Tbilisidə baş verən etiraz aksiyalarının dağıdılması zamanı guya “kamit” adlı kimyəvi maddədən istifadə olunduğunu iddia etmişdilər:

“Artıq bir neçə gün keçib və sübut olunub ki, bu iddialar əsassız və yanlışdır. Məni maraqlandıran odur ki, Avropa Komissiyasının sözçüsü Anita Hipper, Avropa deputatları və bu kampaniyaya qoşulan QHT-lər Gürcüstandan üzr istəyəcəklərmi?”

Papuaşvili bildirib ki, Gürcüstan barədə gerçək olmayan məlumatların yayılması ölkənin beynəlxalq imicinə mənfi təsir göstərir və tərəfdaşların daha məsuliyyətli davranması vacibdir.

Xəbər lenti