Siyasət 4-12-2025, 15:52

Səfir Rəşad Məmmədov Fahrettin Altunla görüşüb



Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatının sədri, professor Fahrettin Altunla görüşüb.

Planetinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Səmimi və mehriban mühitdə keçən görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan dostluq-qardaşlıq münasibətlərindən danışılıb, bu münasibətlərin hər ötən gün daha da inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Görüş zamanı iki qardaş ölkənin müvafiq qurumları arasında əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin bölüşdürülməsi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Anar

Xəbər lenti