Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbozovu qəbul edib.
Planetinfo.az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, görüşün əvvəlində yüksək vəzifəli qonaq Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin daha da genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Bütün səviyyələrdə əlaqələrin aktiv olduğu, ticarət dövriyyəsinin durmadan artdığı və enerji sektorunda uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnuniyyətlə qeyd olunub.
Neft-qaz sektorunda, geoloji kəşfiyyatda, "yaşıl" enerjinin inkişafında və kimya sənayesində birgə layihələrin təşviqinin vacibliyi vurğulanıb.
Anar