Siyasət 8-12-2025, 14:39

Gültəkin Hacıbəyli məsələsini Boraltan olayına bənzətmək siyasi naşılıqdır



Radikal düşərgə bir qayda olaraq Türkiyə ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa, öz çıxarları və maraqları naminə iki dost-qardaş ölkə arasında gərginlik yaratmağa çalışıb. Bir qayda olaraq bu düşərgəyə yaxın olan media resurslarında Türkiyə hakimiyyəti hədəf alınıb, Rəcəb Tayyib Ərdoğanın idarəçiliyi əsassız, absurd şəkildə tənqid olunub. Bu günlərdə təəssüflər olsun ki, biz yenə də eyni tendensiyanı müşahidə edirik.

Bunları Planetinfo.az-a politoloq Arzuman Muradlı Türkiyədə saxlanılan “Milli Şura” fəalı Gültəkin Hacıbəyli ətrafında radikalların şou yaratmasına münasibət bildirərkən səsləndirib. O bildirib ki, Türkiyənin mübafiq qurumları hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparır və qardaş ölkənin qanunları nəyi ehtiva edirsə, həmin addım da atılacaq:

“Ancaq biz müşahidə edirik ki, radikallar qardaş ölkənin məhz onların istəyi və maraqlarına uyğun qərar qəbul etməsini istəyirlər. Hətta buna nail olmaq üçün onların trol şəbəkəsi də fəaliyyətə keçib. Bir qədər də irəli gedərək Gültəkin Hacıbəyli ətrafında aparılan araşdırmanı Boraltan olayına bənzədib, Ərdoğanı ittiham ediblər. Nə qədər siyasi cəhətdən naşı və təcrübəsiz olasan ki, Gültəkin Hacıbəyli məsələsini Boraltan olayına bənzədəsən”.

Anar

Xəbər lenti