Siyasət 8-12-2025, 16:23

Azərbaycan cəmiyyəti radikalizmə birdəfəlik yox deyib




“Azərbaycan cəmiyyəti, vətəndaşlar siyasi sabitlik və davamlı inkişafın tərəfdarıdır. Xalq, cəmiyyət radikalizmıə birdəfəlik yox deyib”.

Bunları Planetinfo.az-a ictimai-siyasi fəal Anar Salehoğlu son günlər ölkədə baş verənlərə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, uzun illər dövlətin imkanlarından istifadə edib, hakimyyətdə ən yüksək postlardan birini tutan şəxsin günümüzdə dövlət, dövlətçilik əleyhinə çıxması, Azərbaycana xəyanət yolunu tutması bağışlanacaq hal deyil:

“Hesab edirəm ki, dövlətə xəyanət edən istənilən şəxs kimliyindən asılı olmayaraq ən ağır cəzaya layiqdir. Ümid edirəm ki, dövlətin müvafiq qurumları baş verənləri ətraflı araşdırmaqla cinayətkar şəbəkənin haqq etdikləri cəzanı almalarını təmin edəcək”.

Anar Salehoğlu deyib ki, Əli Kərimli və ətrafının Mehdiyev cinayətində yer alması radikalların dövlətə xəyanət yolu tutduqlarını bir daha sübut edir.

Anar

Xəbər lenti