Siyasət 8-12-2025, 17:46

Gültəkin Hacıbəyli ilə bağlı araşdırmanı tarixi faciələrlə əlaqələndirmək cəhdləri təxribat xarakteri daşıyır



"Radikal müxalifət üçün bu mövzunun qabardılması həm daxili auditoriyaya mesaj vermək, həm də siyasi gündəmi manipulyasiya etmək vasitəsidir. Onlar özlərini “haqsızlığa məruz qalan”, “qardaş ölkənin istintaqından zərər çəkən” obrazında təqdim etməyə çalışmaqla həm legitimlik qazanmaq, həm də prosesə beynəlxalq diqqət çəkmək niyyətindədirlər".

Planetinfo.az xəbər verir ki, bunları politoloq Ramiz Alıyev Gültəkin Hacıbəyli ilə bağlı Türkiyədə aparılan araşdırmanın radikallar tərəfindən Boraltan olayları ilə eyniləşdirilməsinə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Türkiyədə aparılan istintaq ölkənin hüquqi sisteminin tərkib hissəsidir və onun Azərbaycan daxilindəki siyasi mübarizə ilə heç bir əlaqəsi yoxdur:

"Gültəkin Hacıbəyli ilə bağlı araşdırmanı tarixi faciələrlə əlaqələndirmək cəhdləri isə yalnız təxribat xarakteri daşıyır və Türkiyəyə qarşı siyasi təzyiq forması kimi qiymətləndirilə bilər".

Anar

Xəbər lenti