Siyasət / Sosial 10-12-2025, 15:03

Azərbaycan Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Türkiyə səfiri ilə görüşüb




Azərbaycan Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Planetinfo.az səfirliyə istinadən bildirir ki, səfirlikdə baş tutan görüşdə Fondun rəhbəri səfirə Azərbaycandakı fəaliyyətləri, həyata keçirdikləri layihələr, Türkiyə-Azərbaycan dostluq və qardaşlığının daha da möhkəmlənməsi istiqamətində atdıqları addımlar barədə ətraflı məlumat verib.

Səfir Birol Akgün öz növbəsində Azərbaycan Gəncliyə Yardım Fondunun fəaliyyətini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətlərində uğurlar arzulaylb.

Sonda Fondun nümayəndə heyəti ilə səfirlə xatirə şəkli çəkdirib, ona hədiyyə təqdim edib.

Anar

Xəbər lenti