Siyasət 12-12-2025, 15:01

Paşinyan cənab İlham Əliyevin və dövlətimizin gücünü və iradəsini yaxşı bilir



“Güclü Azərbaycan dövləti sülh müqaviləsinin imzalanması üçün lazım olduğu təqdirdə özünün gücünü bir daha ortaya qoymaq iqtidarındadır. Paşinyanın sülh istiqamətindəki addımları onun ölkəmizə olan rəğbət və məhəbbətindən irəli gəlmir. Paşinyan bu ölkənin ən informasiyalı şəxsi kimi (eyni zamanda müharibədə məğlub olan hökumət başçısı kimi) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və dövlətimizin gücünü və iradəsini yaxşı bilir”.

Bu fikirləri Planetinfo.az-a siyasi şərhçi Elçin Ağamalı səsləndirib. O deyib ki, bu gün sülh müqaviləsinin imzalanması Ermənistan üçün alternativ yol deyil:

“Sülh yolu Ermənistanı daha böyük məğlubiyyətlərdən qurtarmaq üçün yeganə çıxış yoludur”.

Elçin Ağamalı hesab edir ki, Paşinyan komandası gələn il keçiriləcək seçkilərdə yenidən qalib gələcəkdir:

“Revanşist qüvvələrin yenidən hakimiyyətə gəlmək ehtimalını nəzərdən keçirsək, əminəm ki, onların da mövcud reallıqları qəbul etməsi üçün uzun zaman ehtiyac olmayacaqdır”.

Anar

Xəbər lenti