"Mərkəzi Asiyada yeni iqtisadi birliyin formalaşması Azərbaycan üçün də ciddi üstünlüklər yaradır. Ölkəmiz coğrafi baxımdan Avropada yerləşsə də, Asiyaya açılan əsas qapıdır".
Planetinfo.az xəbər verir ki, bunları siyasi şərhçi Aqil Məmmədov deyib. O bildirib ki, bu gün Avropa–Asiya əməkdaşlığı yalnız Azərbaycan üzərindən səmərəli şəkildə həyata keçirilə bilər:
"Buna görə də Azərbaycanın tarixi və mədəni bağlara sahib olduğu Mərkəzi Asiya ölkələri ilə eyni ittifaqda birləşməsi həm bizim, həm də regionun beş ölkəsinin milli maraqlarına tam uyğun gəlir".
Aqil Məmmədov vurğulayıb ki, Mərkəzi Asiyada, xüsusilə Qazaxıstan və Özbəkistanda iqtisadi inkişaf tempi sürətlidir:
"Təkcə Özbəkistanın illik iqtisadi artımı 6%-dir. Bu isə o deməkdir ki, Azərbaycan bu bazarda mövqelərini gücləndirməklə öz milli istehsalının ixracı üçün dayanıqlı və geniş bir bazar təmin etmiş olur".
Anar