"21 noyabr Azərbaycan tarixində yalnız bir siyasi təşkilatın yaranması deyil, dövlətçiliyin taleyini dəyişən dönüş nöqtəsidir".
Planetinfo.az xəbər verir ki, bunu "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova səsləndirib. İctimai birlik sədri deyib ki, o vaxt ölkə xaos, parçalanma və qeyri-müəyyənliklə üz-üzə idi:
"Məhz belə bir zamanda YAP-ın yaradılması milli məsuliyyətin, strateji düşüncənin və dövlətçilik iradəsinin yenidən oyanışı oldu.
Yeni Azərbaycan Partiyasının əsas məqsədi hakimiyyətə gəlmək yox, xalqın etimadını qazanmaq və Azərbaycanın gələcək inkişaf modelini müəyyən etmək idi. Yarandığı gündən etibarən YAP milli birlik, güclü dövlətçilik, modern idarəetmə və regionda liderlik kimi ideyaları ölkənin siyasi səhnəsinə gətirdi".
Susana Məmmədova bildirib ki, bu gün YAP sadəcə bir partiya deyil, müasir Azərbaycan dövlətçiliyinin ideoloji dayağı, dövlətin gücünü və xalqın birliyini təcəssüm etdirən siyasi mərkəz kimi çıxış edir:
"21 noyabr Azərbaycanın sabitliyə, gücə və sistemli inkişaf yoluna qədəm qoyduğu tarixi gündür"
Anar