"Kəlbəcər — Azərbaycan dövlətçiliyinin qürur zirvələrindən biridir. Zəngin təbii sərvətləri, strateji coğrafi mövqeyi və tarixi yaddaşı ilə bu torpaq hər zaman ölkəmizin siyasi gücünün, milli iradəsinin və mübarizə əzminin simvolu olub".
Bunu
Planetinfo.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova səsləndirib. O deyib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində Kəlbəcərin azadlığı yalnız hərbi qələbə deyil, həm də dövlətin prinsipial mövqeyinin, diplomatik ustalığının və dəyişməz milli iradəsinin təntənəsi oldu:
"Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünün, siyasi sabitliyinin və gələcəyə hesablanmış inkişaf strategiyasının bariz göstəricisidir. Dağların qoynuna yenidən həyat qayıdır, yollar, enerji xətləri, sosial infrastruktur sürətlə bərpa olunur — bütün bunlar Kəlbəcərin sabahına olan dövlət qayğısının ən real ifadəsidir.
Kəlbəcər artıq yalnız tariximizin yox, həm də müasir siyasi zəfərimizin, milli gücümüzün və sarsılmaz dövlət iradəmizin rəmzidir".
Anar