Siyasət 25-11-2025, 18:28

Xələf Xələfov Hakan Fidanla görüşüb



Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, xarici işlər nazirinin müavini Xələf Xələfov Türkiyədə səfərdədir.

Planetinfo.az
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfirliyinə istinadən bildirir ki, Xələf Xələfov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Görüş zamanı iki dost-qardaş ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinin yolları, bu istiqamətdə gündəliyində olan məsələlər müzakirə edilib.

İki ölkənin diplomatları regionda və dünyada gedən proseslər ətrafında da fikir mübadiləsi aparıblar.

Anar

Xəbər lenti