Siyasət 27-11-2025, 11:18

KTMT regional müstəvidə aparıcı təşkilat deyil



Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Bişkekdə keçirilən növbəti sammitinə Ermənistanın baş naziri qatılmadı. Ümumiyyətlə, Ermənistan KTMT hərbi təlimlərində və digər toplantılarında iştirak etmir. De-fakto Ermənistan KTMT-dən çıxıb.

Planetinfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, parlament seçkisində N. Paşinyan qələbə əldə edərsə, gələn il bu ölkənin KTMT-dən tam çıxmasi istisna deyil:

"Rusiyanın Ermənistan hakimiyyətinə təzyiqləri isə, müsbət səmərə verməyəcək. Ümumiyyətlə, KTMT regional müstəvidə aparıcı bir təşkilat deyil. Üzv ölkələr protokol xatirinə yığışır və qərarlar qəbul edir. Sadəcə belə bir toplantılar Rusiyaya lazımdır ki, özünü beynəlxalq oyunçu kimi göstərsin. Artıq Rusiyanın KTMT təşkilati özünü doğrultmadı. Çünki, Rusiya üzv ölkələri ilə qarşılıqlı şəkildə əməkdaşlıq etmir".

Anar

Xəbər lenti