Sosial 6-11-2025, 11:11

"Müharibə Azərbaycan xalqının birliyini, ordunun və xalqın vəhdətini göstərdi"

"Müharibə Azərbaycan xalqının birliyini, ordunun və xalqın vəhdətini göstərdi"
“Azərbaycanın tarixi zəfəri təkcə hərbi uğur deyil, həm də milli birlik və həmrəyliyin, xalq-hakimiyyət vəhdətinin dünyaya sübutu idi. Bu qələbə 30 ilə yaxın işğal altında olan ərazilərimizi azadlığa qovuşdurmaqla yanaşı, yerlışdiyimiz coğrafiyaya, regiona yeni reallıqlar gətirdi”.

Bu fikirləri Planetinfo.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, 44 günlük Müharibədə əldə edilən qələbə ilk növbədə bölgədə uzunmüddətli sülhə zəmin yaratdı, bu prosesin təməlini qoydu:

“2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan BMT tərəfindən tanınan ərazilərini – xüsusən Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər rayonları işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat ilə Ermənistan məğlubiyyətini etiraf etdi və Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz qaytarıldı.
Beləliklə, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyi bərpa olundu. Bu, 30 ilə yaxın davam edən işğalın sona çatması demək idi”.

Arzuman Muradlı qeyd edib ki, müharibə Azərbaycan xalqının birliyini, ordunun və xalqın vəhdətini göstərdi:

“Dövlət-xalq-ordu birliyi milli ruhun yüksəlməsinə səbəb oldu. Qələbə eyni zamanda Azərbaycanın bölgədə siyasi və hərbi nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Azərbaycan artıq regional proseslərin aparıcı iştirakçısına çevrildi”.

Politoloqun sözlərinə görə, Azərbaycanın əldə etdiyi tarixi zəfər təkcə Ermənistana zərbə vurmadı, bu, eyni zamanda onu himayə edən beynəlxalq dairələrə, işğal faktı ilə Bakını barışdırmağa çalışanlara zərbə idi:

“Nəticə etibarilə 30 il ərzində davam edən status-kvo pozuldu, Ermənistanın müzakirə ilə vaxt uzatmaq siyasəti sona çatdı. Beləkiklə, Qafqaz regionunda yeni siyasi nizam formalaşdı”.

Süleyman

Xəbər lenti