Sosial 7-11-2025, 11:08

ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
ADY Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilmiş 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ADY-dən Planetinfo.az-a verilən məlumata görə, bayram günlərində sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı, Bakı–Qazax–Bakı, Bakı–Ağdam–Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hər iki istiqamətdə əlavə reyslər təşkil ediləcək.

Eyni zamanda, Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılacaq.

8-11 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu ilə səfərlər üçün qeyri-iş günlərinin cədvəli tətbiq ediləcək.

Xəbər lenti