Sosial 7-11-2025, 12:28

Azərbaycan dilinin publisistik üslubunun yeganə işləndiyi məkan mediadır

"Azərbaycan dilinin qorunması, onun mühafizə edilməsində ümummilli lider Heydər Əliyevin böyük əməyi olub. Məhz Ulu öndərin sayəsində, keçmiş SSRİ zamanında Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dövlət dili kimi qəbul edilmişdi. O dövrdə belə bir addım atmaq, qərar qəbul etmək sözün həqiqi mənasında cəsarət tələb edirdi".

Planetinfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli deyib. Agentlik rəsmisi qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dilinin qorunması siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illiyi ilə bağlı tədbirdə çıxışı zamanı Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər və verdiyi tövsiyələr bunu deməyə əsas verir".

Natiq Məmmədli deyib ki, Azərbaycan mediası ədəbi dilin qorunmasına xüsusi diqqət yetirməlidir:

"Çünki Azərbaycan dilinin publisistik üslubunun yeganə işləndiyi məkan mediadır".

Füzuli

Xəbər lenti