Son günlər Rusiya–Türkiyə münasibətləri və Qara dəniz ətrafındakı proseslər də ABŞ–Çin qlobal qarşıdurmasının regional təzahürüdür. Aşqabadda Ərdoğan–Putin görüşündən bir gün sonra Türkiyə gəmisinin vurulması, ardınca da Rusiyanın sualtı qayığının vurulması, söz yox ki, Putinin Türkiyəyə planlaşdırılan səfərinin qarşısını almaq niyyəti ilə də əlaqəli ola bilər. ABŞ üçün risk yaradan əsas məqam da elə Türkiyə–Rusiya–Çin oxunun funksional əməkdaşlığa çevrilməsi ehtimalıdır.
Planetinfo.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, ABŞ hətta ən etibarlı müttəfiqi olan Böyük Britaniyaya qarşı müəyyən məhdudlaşdırıcı addımlar atır. Son məlumatlara əsasən, ABŞ birtərəfli qaydada iki dövlət arasında texnoloji əməkdaşlığa dair 40 milyard dollarlıq müqavilənin icrasını dayandırıb. Təbii ki, bu hal hazırda Çinlə texnoloji mübarizənin bir elementi kimi özünü göstərir:
"Berlində Ukrayna prezidenti Zelenski ilə Almaniya kansleri Mersin birgə görüşündən sonra Mersin ABŞ-a, Tramp iqtidarına yönələn tənqidləri bir daha təsdiq edir ki, Avropa ilə ABŞ arasında iqtisadi və siyasi fikir ayrılığı ideoloji forma alır. Tramp iqtidarının ABŞ-ın oturuşmuş qlobal siyasətində iqtisadi maraqları önə çəkməsi onun geosiyasi və hərbi mövqeyinə perspektivdə təhlükə vəd edir".
Nəsimi