Dünya 19-12-2025, 06:32

Bolqarıstanda kütləvi mitinq başlayıb

Bolqarıstanda kütləvi mitinq başlayıb
Bolqarıstanın paytaxtı Sofiyada və ölkənin digər şəhərlərində “Dəyişiklikləri davam etdiririk” partiyası və “Demokratik Bolqarıstan” koalisiyasından ibarət müxalif blokun (PP–DB) təşkil etdiyi növbəti kütləvi və dinc mitinq keçirilir.

Sofiyada parlament binası qarşısında aksiya yerli vaxtla təxminən saat 18:00-da başlayıb və on minlərlə insanı bir araya gətirib.

Təşkilatçılar meydanda böyük ekranlar quraşdırıblar ki, toplaşanların hamısı baş verənləri izləyə bilsin.

Nəsimi

Xəbər lenti